“Təxirə salınan dərs günlərinin məktəblilərin tətil günlərindən çıxılması nəzərdə tutulmur”.  

Bu barədə Təhsil Nazirliyindən Unikal.org-a məlumat verilib.

Məlumatda qeyd olunub ki, Təhsil naziri Ceyhun Bayramovun “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmrinə əsasən, 17-18 yanvar tarixlərində bütün təhsil müəssisələrində tədrislə bağlı tədbirlər təxirə salınıb.  

Təxirə salınan dərs günlərinin məktəblilərin tətil günlərindən çıxılması nəzərdə tutulmur. Məktəblilərin qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək.