ABŞ və Şimali Koreya liderləri arasında növbəti görüşün vaxtı məlum olub. 

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, Donald Tramp və Kim Çen In arasında ikinci sammit fevral ayının sonlarında keçiriləcək.

Məlumata görə, bu barədə Şimali Koreya səfiri ilə Vaşinqtonda aparılan danışıqlardan sonra Ağ ev məlumat yayıb.

Qeyd edək ki, KXDR liderinin müavini Kim Yon Çol Vaşinqtona cümə günü gedib və iki saat Ağ evdə görüş keçirib.