Axtarışda olan şəxs Qubada saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Unikal.org-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zərdabi qəsəbə sakini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2 (oğurluq-təkrar törədildikdə), və 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə axtarışda olan Cavid Nəcəfov şəhər ərazisində saxlanılıb.