Azərbaycanda müxtəlif yerlərdə oğurluq edən şəxslər saxlanılıb.

DİN-dən Unikal.org-a verilən məlumata görə, Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki  təmir sexlərinin birinin həyətindən 800 manat dəyərində mis qırıntıları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Oman Afonin və Yevlax rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Aqşin Salmanov saxlanılıblar. 
Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 12-də 2-ci Nügədi kəndindəki evlərin birindən 1600 manat oğurlamaqda şübhəli bilinən kənd sakini Cəmil Daşdıyev tutulub.
Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 18-nə keçən gecə Çökək kəndi ərazisindəki mağazaların birindən qapını sındırmaq yolu ilə 100 manat pul, tütün məmulatı və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri olan 3 nəfər saxlanılıb.