Yanvarın 19-u gecəsi bütün Rusiyada qeyd olunan Vəftiz bayramında (xaç suyuna salınma mərasimi) ölkə prezidenti Vladimir Putin də iştirak edib.

Unikal.org Rusiya mətbuatına istinadən bildirir ki, Sankt-Peterburqa işgüzar səfərdən sonra V.Putin Nilo-Stolbensk kişi monastırını ziyarət edib.

O, xaç suyuna Seliger gölündə girib.