İngiltərə Premyer Liqasının 23-cü turu çərçivəsində "Arsenal" klubu "Çelsi"ni qəbul edib.

Unikal.org bildirir ki, "Emireyts" stadionunda keçirilən oyunda meydan sahibləri 2:0 hesabı ilə qalib gəliblər. Qolları 14 və 39-cu dəqiqələrdə Aleksandr Lyakazett və Loren Kosielni vurub.
23 oyundan sonra "Çelsi" 47 xalla 4-cü, "Arsenal" isə 44 xalla 5-cidir.