Paytaxtın Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.
Unikal.org 
FHN-ə istinadən xəbər verir ki, binanın 5-ci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin mətbəx və hamam otağı yanıb. 

Yanğın zamanı 8 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.