Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org  report-a istinadən xəbər verir ki, hadisə "Xalqlar dostluğu" metro stansiyasının yaxınlığında baş verib.

Belə ki, sərnişin avtobusu təxminən 58-60 yaşlı qadını vurub. Hadisə nəticəsində piyadanın ayağı sınıb. Yaralı təcili yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.