Suriyanın Afrin şəhərində avtobusda partlayış baş verib.

Unikal.org bildirir ki, partlayış nəticəsində azı 4 nəfər həlak olub, 11 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, avtobus vağzaldan çıxarkən avtobusun içərisində quraşdırılmış partlayıcı qurğu işə düşüb.

Bildirilir ki, partlayış qubernatorun ofisinin yaxınlığında baş verib.