Vyetnamda Xan çayının keçdiyi Dananq şəhəri ərazisində göyərtəsində 41 nəfərin olduğu səyahət gəmisi çevrilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, insident şənbə günü gəmi sahildən ayrılandan bir neçə dəqiqə sonra baş verib.
Sərnişinlərdən bəziləri üzərək sahilə çıxmağı bacarıb və daha bir neçə nəfərə də quruya çıxmaqda kömək olub. Yerli hakimiyyət xilasetmə əməliyyatına başlayıb.
Yerli nəqliyyat idarəsi nümayəndəsinin sözlərinə görə, qayıq sahiblərinin turist reysi həyata keçirmək icazələri olmayıb.
Sərnişinlər arasında xaricdən olan turistlər də olub.