Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib ki, Yaponiya baş naziri Sindzo Abenin Kuril adaları ilə bağlı sözləri Vladimir Putinlə sülh sazişinə dair danışıqları çətinləşdirəcək.

Unikal.org bildirir ki, bu barədə "RİA Novosti"nin yaydığı məlumatda deyilir.

"Bu sözlər danışıqları mürəkkəbləşdirəcək. Bu, dəqiqdir", - deyə o vurğulayıb.

Qeyd edək ki, Abe Yaponiyanın Kuril adalarında yaşayan rusların oradan çıxarılmaması şərti ilə adaların cənub hissəsinə iddialı olduğunu bildirib.