“Tata Steel Masters-2019” turnirində şahmatçılarımız növbəti turu başa vurublar.

Unikal.org xəbər verir ki, təmsilçimiz Şəhriyar Məmmədyarov hindistanlı rəqibi Vişvanatan Ananda məğlub olub, Teymur Rəcəbov isə hollandiyalı Yorden Van Forestlə heç-heçə edib. 

Qeyd edək ki, Ş.Məmmədyarov 8 turun altısını heç-heçə başa vurub, ikisindən məğlub ayrılıb. Rəcəbov isə 1 oyunda qalib gəlib, digər partiyaları heç-heçə edib.