Ağstafa rayonunda yaşayış binasında baş vermiş yanğın zamanı xəsarət alan qadın dünyasını dəyişib.

 Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Poylu kəndində qeydə alınıb.

Üç ailənin yaşadığı 1 mərtəbəli binada baş vermiş yanğın zamanı xəsarət alan 1960-cı il təvəllüdlü Natalya Əhmədəliyeva Bakı şəhərində yerləşən xəstəxanaların birinə aparılan zaman yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.