Bu ilin ilk Ay tutulması baş verib.

Unikal.org xəbər verir ki, tam tutulmanın başlaması Bakı vaxtı ilə saat 07:34-də təsadüf edib.

Tam tutulma prosesi saat 08.41-də, maksimuma çatması saat 09.12-də, tutulmanın sonu isə saat 10.51-də qeydə alınacaq. Tam tutulma prosesi ümumilikdə 1 saat 2 dəqiqə çəkəcək.

Təbiət hadisəsini Mərkəzi Sakit okean, Amerika, Afrika və Avropa ölkələrində izləmək olar.

Bu ilin ilk Ay tutulmasını Azərbaycanın Şimal-Qərb bölgəsində izləmək mümkün olub.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, səhər saat 07:40 radələrindən başlayaraq, ilin ilk Ay tutulması Zaqatalada müşahidə olunub.

Proses saat 08:10 radələrinə qədər davam edib. 

08:57