Ötən gecə paytaxtın Mikayıl Əliyev küçəsində yük maşını aşıb.

Belə ki, İran vətəndaşının idarə etdiyi maye qaz daşıyan yük maşını dönmə əməliyyatı zamanı idarəetməni itirib, nəticədə, 22 tonluq yük maşınını aşırıb.

Qəza zamanı xəsarət alan olmayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Ərazi nəzarətə götürülüb, avtomobillərin giriş və çıxışı məhdudlaşdırılıb.

Unikal.org Oxu.az-a istinadən bildirir ki, qəzaya uğrayan yük maşınının içərisi boş olub.