Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev yeni baş mütəxəssis təyin edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Asif Ağayevin müvafiq əmri ilə, İsayeva Lamiyə Elixan qızı Beyləqan rayon İcra hakimiyyətinin baş mütəxəssisi vəzifəsinə gətirilib.

Sözügedən xəbəri Beyləqan rayon İcra hakimiyyətdən Unikal.org-a təsdiqləyiblər.

Qeyd edək ki, Asif Ağayev Beyləqan rayon İcra hakimiyyətinin başçısı təyin ediləndən sonra  baş mütəxəssis olan Abbaslı Cavid Vidadi oğlunu vəzifəsindən azad etmişdi.

Famil Fərhadoğlu