“Kara Sevda” serialı ilə tanınan aktrisa Hazal Filiz sevgilisi İsmail Ege ilə qəzaya düşüb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün avtomobili İstanbulun Dolmabahçe ərazisində sürüşərək səkiyə çıxıb.

Polis İsmailin içkili olmasından şübhələnsə də, alkoqol nəzarəti zamanı onun sərxoş olmadığı üzə çıxıb.

Qəza zamanı cütlüyə zərər dəyməsə də, maşın yüngül xəsarət alıb.