Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı və universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru, dosent Vazeh Əskərovun iştirak etdiyi nümayəndə heyəti 20-24 yanvar tarixlərində İsraildə işgüzar səfərdədir.

Unikal.org xəbər verir ki, Vergilər Nazirliyinin aparat rəhbəri Nazim Səmədov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İbrahim Quliyev, eləcə də bir sıra dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə yanvarın 20-də İsrail Milli Elmlər Akademiyasında görüş keçirilib.

Görüşdə iki ölkənin ali məktəbləri arasında münasibətlər, həmçinin elm sahəsində əlaqələrin gücləndirilməsi və gələcək perspektivlər müzakirə olunub.