Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb. 

Dövlət Statistika Komitəsindən Unikal.org-a verilən məlumata görə, ölkə əhalisinin sayı ötən ilin əvvəlindən 76493 nəfər artaraq 2018-ci il dekabr ayının 1-i vəziyyətinə 9974578 nəfərə çatıb. 

Bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub. Ümumi əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.