Gürcüstanın Marneuli rayonunda ov tüfəngi ilə ehtiyatsız davranan azərbaycanlı ölüb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.

Ölən kişi təxminən, 50 yaşlarında olan Yaşar adlı azərbaycanlıdır. O, ov tüfəngini təmizləyərkən silahla ehtiyatsız davranıb və nəticədə atəş açılıb. O, aldığı güllə yarasından dünyasını dəyişib. 

Faktla bağlı Gürcüstanın Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.