Bu gün Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova “Qarabağ qaziləri” amputant futbol federasiyasının nümayəndə heyəti ilə görüşüb.
Unikal.org
xəbər verir ki, görüşdə qaziləri qardaş ölkə Türkiyədə qazandıqları uğura görə təbrik edən xanım başçı ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirmiş vətəndaşların sosial müdafiəsinin daim prezident İlham Əliyevin diqqətində olduğunu vurğulayıb, Qarabağ müharibəsi əlillərinə göstərilən dövlət qayğısının daim artmaqda olduğunu deyib. 
Söhbət zamanı “Qarabağ qaziləri” amputant futbol federasiyasının prezidenti Rövşən Akifoğlu səfərin təşkilinə və görüşə görə qardaş Türkiyəyə minnətdarlığını bildirərək, səfər barədə məlumat verib.
Bildirilib ki, səfər çərçivəsində “Qarabağ qaziləri” Amputant Futbol Federasiyasının nümayəndələri və milli komandanın üzvləri Türkiyə daxili işlər naziri Süleyman Soylu ilə də görüşüblər. Onlar həmçinin Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Ankaradakı abidəsini və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün Ankarada dəfn olunduğu məqbərəni – Anıtqəbiri ziyarət ediblər.

Sonda komanda üzvləri mükafatlandırılıb.