22 Avqust 2019
21 Avqust 2019
Azərbaycanda 25 il dərsə qayıqla gedən müəllim - VİDEO
Azərbaycanda 25 il dərsə qayıqla gedən müəllim -VİDEO VİDEO 22:42 2019-01-21

Neftçala sakini Səidə Qüdrətova düz 25 ildir ki, şagirdlərinə dərs demək üçün Kür çayının bir sahilindən digər sahilinə qayıqla keçir. Təhlükəli yolu təkbaşına gedən qadın müəllim, qayığı da özü idarə edir.

Unikal.org-un xezerxeber.az-a istinadən məlumatına görə, böyük fiziki güc tələb edən qayığı bir qadın müəllimə idarə edir. Səbəb isə onun öz peşəsinə olan sevgisidir.

47 yaşlı Neftçala sakini Səidə Qüdrətova yaşadığı "Mayak-2" kəndindən işlədiyi Sübh Adası kəndinə getmək üçün qayıq vasitəsilə Kür çayının bir tayından o biri tayına keçir. Bu fədakar müəllimə işlədiyi Subh Adası kənd ibtidai məktəbinə getmək üçün piyada 1 kilometr məsafə qət edir. Ardınca çayın sahilində onu gözləyən qayığına minir və qarşı tərəfə keçir. İstənilən hava şəraitində bu təhlükəli yolu tək gedən müəllimə heç nədən qorxmadığını bildirir.

Müəllimlik peşəsinin xüsusi fədakarlıq tələb etdiyini deyən Səidə Qurbanova şagirdlərinə böyük həvəslə dərs keçir. Kənd sakinləri də onun bu əməyini yüksək qiymətləndirir.