Bakı Rusiya silahlarının tədarükü üzrə yeni müqavilələr imzalamaqda maraqlıdır. Bununla bağlı detallar müvafiq qurumlar tərəfindən razılaşdırılacaq. 

Unikal.org xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev Davosdakı Ümumdünya İqtisadi Forumu çərçivəsində “RİA Novosti”yə açıqlamasında belə deyib. 

“Hərbi texnikanın nomenklaturasına gəlincə, o, müvafiq orqanlar arasında razılaşdırılacaq. Əlbəttə ki, biz bunda (Rusiyadan silah alışında) maraqlıyıq. Rusiya müasir, etibarlı hərbi texnikanın əsas tədarükçülərindən biridir və bizim onlara tam çıxışımız var” – prezident vurğulayıb.