"Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyü və ya təşkilatda müşahidəçi statusu məsələsi gündəmdə deyil".

Unikal.org-un məlumatına görə, bunu “RİA Novosti”yə açıqlamasında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Ölkə başçısı qeyd edib ki, bu məsələ hələ müzakirə mərhələsində deyil.