Sabirabadda 3 otaqlı ev yanıb.

FHN-dən Unikal.org-a verilən məlumata görə, rayonun Əsədli kəndində ümumi sahəsi 64 m² olan 3 otaqlı evin 2 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.