"2019-cu ildə Azərbaycanda daha 10 aqroparkın istifadəyə verilməsi nəzərədə tutulur".

Unikal.org-un məlumatına görə, bunu İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclasında nazir Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, dövlət başçısının tapşırığına uyğun olaraq, aqroparkların, iri fermer təsərrüfatlarının yaradılması və mövcuq arqroparklatrın genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirilir: “Hazırda dövlətin dəstəyi ilə ölkənin 33 rayonu üzrə 257 min hektar ərazidə dəyəri 2,2 mlrd. manat olan 51 aqropark və iri fermer təsərrüfatı, o cümlədən 15 rayonda 39,6 min hektar ərazidə 17 müasir cins heyvandarlıq kompleksinin və 29 rayonda 217,4 min hektar ərazidə 34 iri bitkiçilik təsərrüfatlarının yaradılması təşviq olunur”.

Nazir bildirib ki, artıq 17 aqropark fəaliyyət göstərir: “2019-cu ildə isə daha 10 aqroparkın istifadəyə verilməsi nəzərədə tutulur”.