Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə məruzəçisi Thorhild Sunna Evarsdottir Bakıya səfər edəcək. 

Unikal.org Report-a istinadən xəbər verir ki, Assambleyanın Hüquqi Məsələlər və İnsan Hüquqları üzrə Komitəsi Azərbaycan üzrə məruzəçinin Bakıya səfərini təsdiqləyib.

Məruzəçi bildirib ki, AŞPA-nın Hüquqi Məsələlər və İnsan Hüquqları üzrə Komitəsi AŞPA məruzəçisinin səfərinin baş tutması üçün Azərbaycan tərəfinin razılığını alıb. Azərbaycan hökuməti məruzəçinin Azərbaycana gəlib monitorinq aparmasına öz razılığını verib. Yaxın günlərdə səfərin tarixi müəyyən olunacaq.