“Everton”da işləri yaxşı getməyən və komandadan ayrılacağı deyilən Cenk Tosun, karyerasını başqa bir İngiltərə klubunda davam etdirə bilər.

Unikal.org Xarici mətbuata istinadən xəbər verir ki, “Kristal Pelas” “Everton”da kifayət qədər şans qazanmayan 27 yaşlı hücumçunu qış transfer dövründə heyətinə qatmaq istəyir. Omar Niasseni “Kardiff Siti”yə göndərən “Everton”un Cenkin də transferinə müsbət yanaşacağı gözlənilir.

Cenk Tosun “Beşiktaş”da forma geyindiyi zaman da “Kristal Pelas”ın diqqətini çəkmiş, amma bu transfer həmin vaxt gerçəkləşməmişdi.

Bu mövsüm “Everton”un heyətində 19 oyunda iştirak edən türk hücumçu, bu matçlarda 2 qola imza atıb.