“Fənərbaxça”nın slovakiyalı futbolçusu Martin Şkrtel karyerasını İtaliyada davam etdirə bilər.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi “Yuventus”un transfer siyahısındadır. Mehdi Benatianı 10 milyon avro qarşılığında Səudiyyə Ərəbistanı klubuna satmağa razılaşan “qoca sinyora”, onun  yerini təcrübəli və məvacibi az olan futbolçuyla doldurmaq istəyir.

“Latsio”dan Martin Kaseres, “Zenit”dən Branislav İvanoviç və “Parma”dan Bruno Alveşin də “Yuventus”un maraq dairəsində olduğu deyilir.

Yayda İstanbul təmsilçisi ilə müqaviləsi başa çatacaq Şkrtel, bu mövsüm iştirak etdiyi 27 oyunda 1 qola imza atıb.