Liviya sahillərində mühacirlərin olduğu gəminin batması nəticəsində ölənlərin sayı 133 nəfərə  çatıb.
Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, Liviya sahil mühafizəçiləri batan gəmini iyunun 2-də aşkar ediblər.
Gəminin Zuvara şəhəri yaxınlığında tapıldı bildirilir. Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi bildirib ki, ölənlərin əksəriyyəti müxtəlif Afrika ölkələrindən olan qadınlardır, həmçinin sudan 5 uşağın meyiti çıxarılıb.