Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli bilinən Bakı şəhər sakini S.Babayev saxlanılılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan marixuana və metamfetamin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə S.Babayevin narkotiki əldə etdiyi mənbə də müəyyən edilib. 

Əməliyyat tədbirləri ilə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Bülbülə qəsəbə sakini M.Mütəllimzadə və ona da narkotik vasitəni satmaqda şübhəli bilinən Müşfiq qəsəbə sakini N.Abdullayev saxlanılıblar. N.Abdullayevdən metamfetamin aşkar edilərək götürülüb.