“Beşiktaş”ın futbolçusu Vaqner Lav karyerasını Braziliyada davam etdirəcək.

Unikal.org  xəbər verir ki, “Korintians” klubu 34 yaşlı hücumçunu heyətinə qatıb. Bu barədə Braziliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Lavla 2020-ci ilə qədər müqavilə imzalanıb.

Lav 2018-ci ilin yanvarından “Beşiktaş”da forma geyinirdi.

Braziliyalı forvard cari mövsümdə 16 qarşılaşmada iştirak edərək, 7 qol vurub.