Azərbaycan Premyer Liqasında çıxış edən klublar artıq qış fasiləsi üçün transfer çalışmalarına start veriblər.

Unikal.org bu günədək reallaşan transferləri təqdim edir:

Qarabağ
Gələn: Reynaldo Silva (“Aktobe”, Qazaxıstan), Hacıağa Hacılı (“Qəbələ”), Riçard Almeyda (icarə: “Astana”, “Qazaxıstan)
Gedən: Turan Vəlizadə (“Neftçi”), Coşqun Diniyev (“Sabah”)
Müqavilə müddətini artıran: Yoxdur

Neftçi
Gələnlər: Mamadu Mbodj (“Jalgiris”, Litva), Mamadu Kane (“Kalum”, Qvineya), Turan Vəlizadə (“Qarabağ”), Aqil Məmmədov (“Qəbələ”), Vangelis Platellas (OFİ, Yunanıstan)
Gedən: Rəşad Eyubov (“Sabah”), Rəşad Əzizli (“Sumqayıt”), Kvame Karikari (icarə: “Əl Oruba”, BƏƏ)  
Müqavilə müddətini artıran: Yoxdur

Qəbələ
Gələn: Anar Nəzirov (“Zirə”), Davit Volkovi (“Saburtalo”, Gürcüstan)
Gedən: Təmkin Xəlilzadə (“Sabah”), Aqil Məmmədov (“Neftçi”), Hacıağa Hacılı (“Qarabağ”)
Müqavilə müddətini artıran: Yoxdur

Sabah
Gələn: Rəşad Eyubov (“Neftçi”), Təmkin Xəlilzadə (“Qəbələ”), Coşqun Diniyev (“Qarabağ”)
Gedənlər: Vitali Kvaşuk, Əlibəy Məmmədli, Elvin Bədəlov, Aydın Bayramov (“Sumqayıt”), Tural Qürbətov, Ülvi İbazadə, Elvin Yunuszadə (“Səbail”)
Müqavilə müddətini artıran: Yoxdur

Səbail
Gələn: Elvin Yunuszadə (“Sabah”)
Gedən: Edqar Paçeko
Müqavilə müddətini artıran: Yoxdur

Sumqayıt
Gələn: Rəşad Əzizli (“Neftçi”), Adil Nağıyev (“Zirə”), Aydın Bayramov (“Sabah”), Peyman Babayi (icarə: “Maşinsazi”, İran)
Gedən: Bəxtiyar Həsənalızadə (“Zirə”)
Müqavilə müddətini artıran: Yoxdur

Zirə
Gələn: Bəxtiyar Həsənalızadə (“Sumqayıt”), Orxan Sadıqlı (“Keşlə”), Mfo Kqasvane (“Baroka”)
Gedən: Adil Nağıyev (“Sumqayıt”), Vüsal İsgəndərli (“Keşlə”), Anar Nəzirov (“Qəbələ”)
Müqavilə müddətini artıran: Yoxdur

Keşlə
Gələn: Vüsal İsgəndərli (“Zirə”), Con Kamara (“Kaysar”, Qazaxıstan)
Gedən: Herve Tçami (müqavilə müddəti başa çatıb), Ebrima Sohna, Bahodir Nəsimov, Georgios Georgiadis, Məmməd Quliyev, Elnur Cəfərov, Orxan Sadıqlı (“Zirə”)
Müqavilə müddətini artıran: Yoxdur