Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Neftçi” komandası bu gün son yoxlama matçına çıxıb.

Unikal.org xəbər verir ki, rəqib Bolqarıstanın "Beroe” klubu olub. Görüş flaqmanın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk 2 qolu Dario Frederiko, 3-cüsünü Baqali Dabo vurub. 58-ci dəqiqədə isə yeni transfer Vangelis Platellis oyunda son nöqtəni qoyub. Bununla da "Neftçi" Antalya toplanışını darmadağınla başa vurub.

"Beroe" Bolqarıstan çempionatında 20 oyundan sonra 36 xalla 4-cü pillədə qərarlaşıb.

Yoxlama oyunu

16:30. "Neftçi" - "Beroe" (Bolqarıstan) - 4:0

Qollar: Dario Frederiko, 12; 30. Baqali Dabo, 39. Vangelis Platellis, 58

Dəqiq yerinə yetirilməyən penalti: Emin Mahmudov, 41 ("Neftçi")

Manavqat, "Arslan Zeki Demirci” İdman Kompleksi

"The Sense De Luxe” otelində məskunlaşan "Neftçi” Rumıniya "Qaz Metan”ına 3:0 hesabı ilə qalib gəlsə də, Çexiyanın "Slovan” (Liberets) komandasına uduzub - 1:2.