Xəbər verdiyimiz kimi, xalq artisti Aygün Səmədzadənin oğlu Mircəfər ailə həyatı qurub.

Unikal.org axsam.az-a istinadən xəbər verir ki, Mircəfər Sanira Hatun adlı türkdilli, qırğız xanımla evlənib. Ötən gün cütlüyün nikah və böyük nişan mərasimi olub.

Məclisdən fotoları və videoları A.Səmədzadə sosial şəbəkə yayımlayıb. Məclisdə şou-biznes nümayəndələri də qonaq olublar. 

Əməkdar artist Eyyub Yaqubovla Səmədzadənin rəqsi isə gecənin maraqlı məqamlarından biri olub. 

Xatırladaq ki, Mircəfərlə Saniranın nişanlanma xəbəri 2017-ci ilin martında yayılmışdı.
Qeyd edək ki, A.Səmədzadə millət vəkili Ziyad Səmədzadənin qızıdır. Onun Ülkər adlı bir qızı da var. Ülkər ailə həyatı qurub və bir övlad anasıdır.