Qarışıq döyüş növləri (MMA) üzrə rusiyalı boksçu Fyodor Yemelyanenko amerikalı Rayan Beyder ilə rinqə çıxıb.

Unikal.org xəbər verir ki, Los-Ancelesdə keçirilən görüşdə amerikalı idmançı birinci raundun ilk dəqiqəsində rəqibini nakauta salıb.

Qeyd edək ki, bu, 42 yaşlı Yemelyanenkonun altıncı məğlubiyyətidir. O, 38 dəfə qarışıq döyüş növlərində qalib olub.