İspaniya La Liqası 21-ci turunda "Jirona" doğma meydanda "Barselona"nı qəbul edib.

Unikal.org bildirir ki, oyun qonaqların 0:2 hesabı ilə qələbə ilə başa çatıb.

Matçda hesabı 9-cu dəqiqədə N.Semedo açıb. 51-ci dəqiqədə "Jirona"nın futbolçusu Espinoza ikinci sarı vərəqə alaraq meydandan qovulub. 68-ci dəqiqədə Messi qol vuraraq yekun hesabı müəyyənləşdirib.

Beləliklə, "Barselona" 49 xalla birinci, "Jirona" isə 24 xalla 13-cü pillədə qərarlaşıb.