“Ermənistanda partiya sədri Mher Yeğizaryan 52 günlük aclıq aksiyasından sonra həbsxanada ölüb. Qəribəsi budur ki, beynəlxalq təşkilatlardan heç biri bu dəhşətli hadisəyə reaksiya verməyib”.

Unikal.org xəbər verir ki, bu fikirləri Twitter səhifəsində millət vəkili, ATƏT PA-nın vitse prezidenti Azay Quliyev yazıb.

A.Quliyev beynəlxalq təşkilatların ölkələrə münasibətdə ikili yanaşmasına diqqət çəkib: 

“Allah eləməsin, əgər bu hadisə Azərbaycanda baş versəydi, yəqin ki, siz AŞPA-nın, Avropa Parlamentinin, ATƏT və digərlərinin necə reaksiya verəcəyini təsəvvür edərdiniz”.