Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşüb.

Unikal.org-a açıqlama verən millət vəkili Çingiz Qənizadə ölkə başçısının bu addımını yüksək qiymətləndirib:

“Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Prezident Sarayında şəhid ailələrini qəbul etməklə bir daha sübut etdilər ki, onlar hər zaman Vətən uğrunda canlarını fəda verən insanların, onların ailələrinin yanındadırlar. Cənab prezident şəhid ailələri ilə bağlı kompensasiyanın verilməsi ilə bağlı müvafiq Fərmanından sonra onlarla görüşüb. Çox güman ki, bu görüşdə şəhid ailələrini narahat edən məsələlərlə bağlı müəyyən suallara cavab da verəcək. Şəhid ailələri ilə bağlı öz mövqeyini bir daha ortaya qoyacaq. Mən onu deyə bilərəm ki, bu kateqoriyadan olan insanların Prezident və xanımı tərəfindən qəbul edilməsi ordumuzun stimulunu artıracaq, döyüşkən oğullarımıza ruh verəcək. Onlar biləcək ki, sabah vətən, torpaq uğrunda döyüşdə iştirak edib, şəhid, yaralı olsalar, hər zaman ölkə başçısının diqqət və qayğısında olacaqlar. Mən hesab edirəm ki, Prezidentin bu addımı vətənpərvərlik ruhunun aşılamasında, şəhid ailələrinə diqqət və qayğının göstərilməsinin ən bariz nümunəsidir. Cənab Prezident bunu bu gün də yenidən reallaşdırdı”.

Orxan Həsənli