Bu gün axşam saatlarında Masallı rayonunun Ərkivan qəsəbəsində vətəndaşa məxsus "Nissan" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.
Unikal.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı avtomobilin sürücüsü əl nahiyəsindən yanıq xəsarəti alıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.