“Qarabağ”ın sabiq futbolçusu Çumbinyonun yeni klubu məlum olub.

Unikal.org xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi Braziliyanın “İnter de Limeyra” klubuna keçib. Bu barədə Braziliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Son olaraq Yunanıstanın “Levadiakos” klubunda çıxış edən Çumbinyo, 2018-ci ilin noyabrından azad agent statusu daşıyırdı.

2013-cü ildə “Olimpiakos”dan “Qarabağ”a keçən Çumbinyo, Ağdam təmsilçisində 2 mövsüm forma geyinib. 33 yaşlı yarımmüdafiəçi 2016-cı ilin yanvarında “Atromitos” klubuna keçmişdi.