AFFA AÇ-2020-nin Bakıda keçiriləcək oyunları üçün biletlərin satışa çıxarılacağı tarixi açıqlayıb.

Unikal.org AFFA-ya istinadən xəbər verir ki, bilet satışına 12 iyun tarixindən başlanması planlaşdırılır.

UEFA-nın rəsmi saytı da AÇ-2020-nin oyunları üçün bilet satışına eyni tarixdə – iyunun 12-də start veriləcəyini açıqlayıb.

Qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq. 68700 nəfərlik arenada matçlar müvafiq olaraq, 13 iyun, 17 iyun, 21 iyun və 4 iyulda keçiriləcək.

AÇ-2020 12 müxtəlif ölkənin 12 müxtəlif şəhərindəki 12 müxtəlif stadionda keçiriləcək. Bu 12 məkanın hər birində ən azı 3 qrup mərhələsi və 1 play-off mərhələsi oyunu təşkil olunacaq. AÇ-2020-nin final oyunu Londondakı “Uembli” stadionunda keçiriləcək.