Aparıcı-jurnalist Tahirə Məmmədqızı xərçəng xəstəliyinə tutulub. 

Unikal.org-un məlumatına görə, o, bu haqda İnstaqram səhifəsində yazıb. 

"10 günə ağır əməliyyata gedirəm. Allah bütün bəndələrinə kömək olsun, biz də içində. Ümid edirəm ki, əməmliyyatdan sağ-salamat çıxıb, oğlumu tək qoymayacam. Adətən xəstəlik bir sınaq sayılır. Deyəsən bu sınaqdan bir dəfə də keçməli olacam. Yaxın günlərdə onkoloji xəstəliklə əlaqədar ağır əməliyyat keçirməli olacam”.
T.Məmmədqızının bədəninin müxtəlif nahiyələrində 7 şiş var.