Sumqayıtda bina girişində kişi meyiti tapılıb.

Unikal.org “Report”a istinadən xəbər verir ki, şəhərin 3-cü mikrorayonunda yerləşən binanın girişində bir nəfərin ölməsi barədə Sumqayıt şəhər Polis İdarəsinə məlumat daxil olub. 

Araşdırma zamanı həmin şəxsin 1982-ci il təvəllüdlü Mirzəyev Səməd Rafael oğlu olduğu müəyyənləşib. Şəxsin qəbul etdiyi narkotik maddənin təsirindən dünyasını dəyişdiyi bildirilir.

Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.