"İşte benim stilim" yarışması ilə məşhurlaşan müğənni Nazlı Hamarat həbs oluna bilər.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb onun sevgilisi və övladının atası olan Qaffar Aydını təhdid etməsidir. 

İddialara görə, Nazlı sevgilisinin xəyanət etməsindən şübhələnib və mübahisə etməyə başlayıb. Hamarat ona "Keçmiş ərimin sonunu bilirsən, sənin də sonun ona bənzəyəcək. Səni biabır edəcəm. Bitdin sən" sözlərini deyib. 

Aydının polisə şikayətindən sonra Nazlı təhdid və təhqir iddiaları ilə hakim qarşısına çıxacaq. Məlumata görə, müğənni 4,5 il müddətində həbs oluna bilər.
Qeyd edək ki, N.Hamaratın keçmiş həyat yoldaşı Emir Cevdet Şaşmaz bir neçə ay əvvəl Ukraynada boğazı kəsilərək öldürülüb.