Cəlilabad rayonunda mebel fabriklərində kütləvi zəhərlənmə olub.

Unikal.org Report-a istinadən xəbər verir ki, hadisə rayonda yerləşən "Woodpecker" mebel fabrikində qeydə alınıb.

İlkin məlumata görə, zəhərlənmə əşyaların düzəldilməsi üçün istifadə olunan xüsusi kleylərdən baş verib. Hadisə nəticəsində 5 nəfər xəstəxanaya çatdırılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.