Bakıda uşaq bağçasının yerləşdiyi binada yanğın olub.

Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hadisə Xətai rayonunda baş verib. Belə ki, uşaq bağçasının yerləşdiyi binanın girişində quraşdırılmış 1 ədəd elektrik lövhəsi yanıb.

Yanğın zamanı 5 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Yanğın söndürülüb.