Kürdəmir rayonunda 4 ov tüfəngi götürülüb. 

Bu barədə Unikal.org-a DİN-in Mətbuat xidmətindən məlumat verilib. 

Belə ki, Kürdəmir rayon Polis şöbəsi əməkdaşlarının Sığırlı kəndi ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağsu rayon sakinləri X.Məmmədov, F.Şahbazov, K.Cabbarov, P.Gülmalıyev saxlanılıblar. Onlardan 4 ədəd ov tüfəngi götürülüb.

Araşdırma aparılır.