Yanvarın 31-də qanunsuz ov etdiyinə görə Quba rayonu, 2-ci Nügədi kənd sakini Firudin Həbibov Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Unikal.org-a verilən məlumata görə,  saxlanılan zaman həmin şəxsdən 1 ədəd “Tula” markalı ov tüfəngi və 5 ədəd patron, habelə ovladığı 2 ədəd çöl göyərçini götürülüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar aparılır.