Quba rayonunda oğurluq etdiklərinə görə axtarışda olan iki nəfər saxlanılıb. 

Bu barədə Unikal.org-a DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan məlumat verilib. 

Məlumatda bildirilib ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2 (oğurluq-təkrar törədildikdə) maddələri ilə axtarışda olan rayonun 1-ci və 2-ci Nügədi kənd sakinləri, 49 yaşlı Həbib Kərimov və 66 yaşlı Qəribşah Hacağayev şəhər ərazisində saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.